Albaniyanın paytaxtı Tiranada 17 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov final görüşünə çıxıb.
55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Güləşçimiz rəqibinə tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.
saytlarin hazirlanmasi