Millimizin rəqiblərinin oyununda heç-heçə - VİDEO

11:35 - 18 İyun 2023

Avro-2024-ün seçmə mərhələsində 3-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yer aldığı F qrupunda Belçika yığması doğma meydanda Avstriyanı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

3 turdan sonra 7 xal toplayan Avstriya seçməsi qrupun lideridir. Belçika 4 xalla 2-ci pillədə qərarlaşıb. 3 xalı olan İsveç 3-cü yerdədir. Hərəyə 1 xal qazanan Estoniya və Azərbaycan yığmaları müvafiq olaraq 4-cü və 5-ci sıradadır.

Xəbər xətti