İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Yuventus"dan icarəyə götürdüyü Deyan Kuluşevskinin transfer hüququna yiələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. Paytaxt klubu isveçli oyunçu üçün "Yuventus"a 30 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Tottenhem" Deyan Kuluşevskini 2022-ci ilin yanvar ayında icarəyə götürmüşdü. İsveç millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi