"Qarabağ"ın futbolçuları Macarıstana qarşı oynadı

13:13 - 18 İyun 2023

Avro-2024-ün seçmə mərhələsinin 3-cü turunun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları Marko Veşoviçlə Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi doğma meydanda Macarıstan yığmasını qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

"Qarabağ"ın üzvləri də bu matçda iştirak edib. Hər iki oyunçu meydana start heyətdə daxil olub. Yankoviç 90 dəqiqə meydanda olub. Veşoviç isə 72-ci dəqiqədə əvəzlənib. 31 yaşlı sağ cinah müdafiəçisi 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

3 turdan sonra 4 xal toplayan Monteneqro milli komandası qrupda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti