"Barselona"nın istədiyi futbolçu "Əl Hilal"a keçir

17:16 - 18 İyun 2023

"Vulverhempton"un futbolçusu Ruben Neveş karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Əl Hilal"a keçəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb. Ərəblər "Barselona"nın da heyətinə qatmaq istədiyi 26 yaşlı oyunçu üçün İngiltərə klubuna 55 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Vulverhempton" Ruben Neveşi 2017-ci ilin yayında "Portu"dan transfer edib. Portuqaliya millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı41 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti