Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfi "Yuventus"a məxsus olan Ueston Makkennidir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. "Sarı-qırmızılar" 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün Turin təmsilçisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən transfer edib. ABŞ millisinin üzvü son mövsümün ikinci yarısını icarə əsasında "Lids Yunayted"də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi