İspaniya millisinin hücumçusu "Real"da - RƏSMİ

14:27 - 19 İyun 2023

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Espanyol"un hücumçusu Xoselunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Kral klubu" ispan forvardı bir mövsümlük icarəyə götürüb. "Real" 1,5 milyon avro ödəyərək 33 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Espanyol" Xoselunu 2022-ci ilin yayında "Alaves"dən transfer edib. İspaniya millisinin üzvü son mövsümdə meydana çıxdığı 38 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti