"İnanın ki, potensial rəqiblərimiz barədə zərrə qədər də düşünmürəm. Hətta bir neçə gün əvvəl maraqlandım və mənə göndərdilər ki, potensial rəqiblərimiz bunlardır. Bir az maraqlandım, elə də fikir vermədim. Hansı düşsə, xeyirlisi olsun. Ondan sonra həmin komandaya tam diqqətimizi ayıracağıq".
Sportal.az xəbər verir ki, bu sözləri "CBC Sport"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis transfer çalışmalarının da davam etdiyini söyləyib: "Hücum xəttindəki futbolçularımızın sayını artırmaq istəyirik. Keyfiyyəti də yaxşılaşdırmaq niyyətindəyik. Danışıqlar gedir, hücum xətti üçün minimum iki oyunçunun olmasını istəyərdim. Bu yöndə çox aktiv çalışırıq. Hazırda da danışıqlar davam edir, işlərimiz durmur. Çox ölkələrin çempionatlarındakı futbolçularla danışırıq, bura Portuqaliya və digər ölkələr də aiddir. Onların sayı çoxdur".
Mirbağırağa
saytlarin hazirlanmasi