Sabiq "Liverpul"lu Şotlandiya klubunda

18:26 - 19 İyun 2023

Şotlandiyanın "Seltik" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Brendan Rocers çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 50 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Son iş yeri "Lester Siti" olan Brendan Rocers "Liverpul", "Uotford", "Ridinq" və "Suonsi"ni çalışdırıb. İrlandiyalı mütəxəssis 2016-2019-cu illər ərzində "Seltik"in baş məşqçisi olub.

Xəbər xətti