Almaniyanın "Bavariya" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Mançester Siti"də çıxış edən Kayl Uolkeri transfer etmək istəyir. Bu barədə "Sky Sports" məlumat yayıb.
Premyer Liqa təmsilçisində az forma şansı qazanan ingiltərəli sağ cinal müdafiəçisi komandadan ayrılmağa isti yanaşır. "Bavariya" 33 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Mançester Siti" Kayl Uolkeri 2017-ci ilin yayında "Tottenhem"dən transfer edib. İngiltərə millisinin üzvü son mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi