İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leyptsiq"dən Kristofer Nkunkunu rənglərinə bağlayıb. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
"Çelsi" 25 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Zadəganlar" fransalı oyunçu üçün Almaniya klubuna 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Leyptsiq" Kristofer Nkunkunu 2019-cu ilin yayında Paris klubundan transfer etmişdi. Fransa millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 172 rəsmi matçda 70 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi