Almanlar "Mançester Siti"dən 100 milyon avro tələb edir

19:28 - 21 İyun 2023

İngiltərənin "Mançester Siti" klubu yeni mövsüm üçün transfer fəaliyyətinə start verib.

Sportal.az xəbər verir ki, "şəhərlilər"in əsas hədifi "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardioldur. Bu barədə "Sky Sports" məlumat yayıb.

Premyer Liqa təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisi üçün 80-85 milyon avroluq təklif göndərəcək. Almanlar isə xorvatiyalı orta xətt oyunçusu üçün 100 milyon avro tələb edir. "Mançester Siti" gənc futbolçu ilə şəxsi şərtləri razılaşdırıb. Klublar anlaşsa, keçid yaxın günlərdə baş tutacaq.

Qeyd edək ki, "Leyptsiq" Yoşko Qvardiolu 2021-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti