"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Polşada klubunu dəyişib.
Sportal.az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi karyerasını III Liqada davam etdirəcək. Təcrübəli futbolçu "Kotviça Kolobjeq"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illər ərzində "Qarabağ"da çıxış edib. Arxa xətt oyunçusu Ağdam təmsilçisində ayrıldıqdan sonra "Visla"ya keçmişdi. Polşa millisinin sabiq üzvü bir neçə gün öncə Plotsk təmsilçisini tərk edib.