İspaniyanın "Real" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi PSJ-də çıxış edən Kilian Mbappedir. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.
"Kral klubu" fransalı hücumçu üçün 120 milyon avro ödəməyə hazırdır. Fransa təmsilçisi isə futbolçusu üçün 200 milyon avro tələb edir.
Qeyd edək ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. 24 yaşlı forvard son mövsümdə Paris təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi