"Qarabağ"ın qış "transfer pəncərəsi" zamanı heyətinə qatmaq istədiyi Andrey Lunyov karyerasını Yunanıstanda davam etdirəcək.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Bayer"dən (Leverkuzen) ayrılan 31 yaşlı qapıçı PAOK-la anlaşıb.
Saloniki təmsilçisinin Lunyovla 1+1 illik müqavilə imzalayacağı gözlənilir.
“Torpedo”(Moskva) yetirməsi olan rusiyalı “Saturn”, “Ufa”, “Zenit” klbularının qapısını qoruyub.
saytlarin hazirlanmasi