Millimizə namizəd futbolçu Ukrayna klubundan ayrıldı

21:58 - 22 İyun 2023

21 yaşlılardan ibarət yığma komandamızın sabiq üzvü Emil Mustafayev "Aleksandriya"dan ayrılıb.

Sportal.az saytına bu barədə futbolçu özü məlumat verib.

Azərbaycanlı futbolçu yetirməsi olduğu komandada qalası olmayıb. O, 2018-ci ildən əsas komandanın formasını geyinirdi.

Azərbaycanın U-21 yığmasında üç oyun keçirmiş Mustafayevin yeni mövsümə də Ukraynada başlayacağı gözlənilir. Həmyerlimizin uzun müddətdir ki, əsas millimizə cəlb olunacağı gözlənilir.

 

 

Xəbər xətti