Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Regional Liqada mübarizə aparan "Kikkers Offenbax"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu növbəti mövsümü burada keçirəcək.
Qeyd edək ki, Dmitri Nazarov 2016-2023-cü illər ərzində "Ertsebirge" klubunda çıxış edib. Millimizin üzvü son mövsümdə III Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi