"Qarabağ" "Çaves"dən Olavia Viera dos Santos Junioru transfer edib.
Sportal.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. Juninyo Ağdam təmsilçisində 18 nömrəli formada çıxış edəcək.
"Atletiko Paranaense", "Novorizontino”, “Fiqeyrense”, “Vila Nova”, "Portimonense", "Eştoril" klublarında oynamış Juninyo son mövsümdə "Çaveş"in heyətində 30 oyuna çıxıb, 4 qol vurub. "Qarabağ" transfer üçün qarşı tərəfə təzminat ödəyib.
saytlarin hazirlanmasi