Fransa Liqa 1-in ən yaxşı legionerinin adı bəlli olub.
Sportal.az liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Lionel Messi başa çatan mövsümün ən yaxşı əcnəbi futbolçusu seçilib.
Argentinalı futbolçu 2022/2023 mövsümündə PSJ-nin heyətində Liqa 1-də 32 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib.
Təcrübəli oyunçu yeni mövsümə "İnter Mayami"də başlayacaq.
saytlarin hazirlanmasi