"Qarabağ"ən Çempionlar Liqası I təsnifat mərhələsinin "Linkoln"la keçirəcəyi cavab oyununun təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Matçın baş hakimi Eldorjan Hamiti olacaq. Ona yan xətt hakimləri Ridiger Çokaj və Ani Koçiaj kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Cjapi Kreşnik yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Linkoln" görüşü 19 iyul tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında ilk oyun isə iyulun 12-də Cəbəllütariqdə keçiriləcək.
saytlarin hazirlanmasi