"Qarabağ" Avstriya toplanışı çərçivəsində "Ferentsvaroş"la yoxlama matçı keçirib.
Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin futbolçusu Norbert Kajan oyundan sonra klubun rəsmi saytına müsahibə verib. 18 yaşlı müdafiəçi "Qarabağ"ı beynəlxalq səviyyədə tanınan və güclü rəqib adlandırıb:
"Əvvəlki təlim-məşq toplanışında da iki yoxlama oyunumuz oldu. "Qarabağ"la matç tempinə görə digərlərindən fərqlənirdi. İlk matç bəlkə də temp baxımından ən yavaşı idi. "Şepsi" ilə oyun başqa səviyyə keçdi. Amma "Qarabağ" əla, bacarıqlı oyunçulardan təşkil olunmuş beynəlxalq səviyyədə komandadır. Ən əsası odur ki, bu cür rəqiblərə qarşı çıxış etmək üçün yaxşı vəziyyətdə olmaq lazımdır. Matçın əvvəlində əsəbi idim. Çünki bilirdim ki, "Qarabağ" həqiqətən də səviyyəli rəqibdir. Onların yaxşı oyunçuları var".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" görüşü 3:3 hesablı bərabərliklə başa çatıb. Ağdam təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib, digər qolu isə Leandro Andrade vurub.
saytlarin hazirlanmasi