"Ferentsvaroş"un hücumçusu Adam Varqa "Qarabağ"a qarşı keçirdikləri yoxlama oyunu haqda danışıb.
Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin heyətində debüt matçında qol vuran 24 yaşlı forvard qarşılaşmanı dəyərləndirib:
"Hətta yoxlama oyununda belə qol vurmaq hücumçuda özünəinamı artırır. Şadam ki, "Ferensvaroş"da debüt matçımı çox gözləmədim. Yoxlama görüşü olmasına baxmayaraq, oyun yüksək səviyyədə keçdi. Azarkeşlər çoxlu qol görə bildilər. Biz də "Qarabağ" kimi daim Avropa kuboklarında oynayırıq. Odur ki, hiss edilirdi ki, bu matç tamamilə başqa səviyyədir".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" görüşü 3:3 hesablı bərabərliklə başa çatıb. Ağdam təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib, digər qolu isə Leandro Andrade vurub.
saytlarin hazirlanmasi