"Hiss olunurdu ki, "Qarabağ" artıq fərqli səviyyədir"

16:31 - 29 İyun 2023

"Ferentsvaroş"un hücumçusu Barnabas Varqa Avstriyadakı təlim-məşq toplanışında “Qarabağ”la yoldaşlıq görüşündəki heç-heçəni (3:3) şərh edib.

Sportal.az xəbər verir ki, macar futbolçu klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Azərbaycan çempionuna qarşı matç yoxlama xarakterli olsa da, yüksək səviyyədə keçdi. Meydanda gərgin oyun gedirdi. Azarkeşlər çoxlu qol gördü deyə, kənardan izləmək maraqlı idi. Biz də “Qarabağ” kimi davamlı olaraq Avropa yarışlarında iştirak edirik. Ona görə də hiss olunurdu ki, "Qarabağ" artıq fərqli səviyyədir".

Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" görüşü 3:3 hesabı ilə başa çatıb.

Xəbər xətti