"Qarabağ"ın sabiq hücumçusu Türkiyə klubuna keçdi

18:01 - 29 İyun 2023

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyeyasını Türkiyədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard "Sakaryaspor"a keçib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Afrikalı forvardla 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib. Təcrübəli ön xətt oyunçusu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti