Polşa mətbuatı Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasının nəticələrini müzakirə edərkən, "Rakov"un "Qarabağ"la qarşılaşmaq ehtimalını dəyərləndirib.
Sportal.az xəbər verir ki, "TVP" Polşa çempionunun ikinci mərhələdə "Qarabağ"la mümkün görüşü haqda heç də pozitiv düşüncədə deyil:
"Rakov" Çempionlar Liqasının seçmə mərhələsinə birinci mərhələdən başlayacaq. Onlar püşkatmanın nəticəsinə əsasən Estoniyanın "Flora" klubuna qarşı oynayacaq. Rəqiblərin çətinlik dərəcəsi artıq 2-ci raundda artmalı idi. Belə də oldu. Püşkatmadan öncə ölkə çempionunun potensial rəqibləri arasında "Qalatasaray", "Ludoqorets" - "Balkani" və "Qarabağ" - "Linkoln" cütünün qalibləri olacaqdı. Beləliklə, püşkatma potensial rəqiblər müəyyənləşdi. Polşanın ən yaxşı komandasının "Qarabağ" - "Linkoln" cütünün qalibi ilə qarşılaşmaq ehtimalı var. Bu cütün aşkar favoriti ötən mövsüm avrokuboklarda uğurla çıxış edən “Qarabağ”dır. Bu komanda Polşa klublarının əsl lənətinə çevrilib. Avropa yarışlarında Polşa komandaları ilə dörd qarşılaşmanın hamısından Azərbaycan çempionu qalib çıxıb. "Lex" (1:5) və "Legiya"nın (0:3) son məğlubiyyətləri isə Polşa klub futbol tarixində kədərli iz buraxıb".
Mirbağırağa
saytlarin hazirlanmasi