"Linkoln" - "Qarabağ" görüşünün biletləri satışa çıxarıldı

18:17 - 1 İyul 2023

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Linkoln” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, Cəbəllütariqdə keçiriləcək matç üçün biletin qiyməti 5 funt sterlinqdir (təxminən 11 manat).

Əlavə edək ki, “Linkoln” - “Qarabağ” matçı iyulun 11-də Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

Tərəflər arasında cavab görüşü iyulun 18-də Bakıda baş tutacaq.

Xəbər xətti