"Qarabağ" İspaniyaya gedəcək

17:43 - 2 İyul 2023

“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq.

Sportal.az xəbər verir ki, burada 4 gün məskunlaşacaq Ağdam təmsilçisi iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq.

Qeyd edək ki, komandamız Avstriyada son yoxlama oyununu iyulun 4-ü Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qarşı keçirəcək.

Xəbər xətti