"Legiya"nın müdafiəçisi Rafal Auqustınyak komandasının Avstriyada təlim-məşq toplanışı çərçivəsindəki yoldaşlıq görüşündə "Qarabağ"a qalib gəlməsini (2:0) şərh edib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan polşalı futbolçu Ağdam klubu üzərində qazanılan qələbənin vacib olmadığını deyib:
"Qarabağ" əvvəlki rəqibimiz olan "Botoşani"dən qat-qat güclü idi. Onlar çox yaxşı təzyiq edirdi və istənilən vəziyyətdən bəzən çıxa bilmirdik. Bizdən bir həftə tez hazırlığa başlayan Azərbaycan təmsilçisindən bir qədər fərqli formadayıq. Onlar fiziki cəhətdən bizdən daha yaxşı görünürdülər. Qalib gəlməyimizə baxmayaraq, mövsümöncəsi nəticə o qədər də vacib deyil. Amma qələbə döyüşkən ruhu gücləndirir. Bəzi səhvlərimizdən sonra "Qarabağ" qol şansları yaratdı. Amma hazırlıq prosesidir və səhvləri bağışlamaq olar".
Mirbağırağa
saytlarin hazirlanmasi