UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi Samson Bolaji Ajayi ilə anlaşıb.
Nigeriyalı dayaq yarımmüdafiəçisi qarşıdakı bir ili "Qarabağ"ın rəqibinin heyətində keçirəcək.
24 yaşlı futbolçu son olaraq Slovakiyanın "Kalna nad Hronom" klubunda oynayıb.
Qeyd edək ki, "Qarabağ"la iyulun 11-də "Linkoln"la səfərdə, 19-da isə Bakıda qarşılaşacaq.
saytlarin hazirlanmasi