Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ" "Linkoln"la qarşılaşacaq. Azərbaycan çempionu ilk görüşünü iyulun 11-də səfərdə keçirəcək. Ağdam klubunun veteran futbolçusu Emin İmaməliyev "Qarabağ"ın avrokuboklardakı şanslarını dəyərləndirib.
Sportal.az saytına açıqlama verən İmaməliyev ölkə çempionunun uğurlu çıxışına inandığını dilə gətirib:
"Çempionlar Liqasında zəif rəqib olmur. "Linkoln" kimi komandalara qarşı daha da istəkli olmaq lazımdır. Məncə, elə çətin rəqiblər "Linkoln" kimi komandalardır. "Qarabağ"a bu oyunlarda uğurlar arzulayıram. Allah qoysa, mərhələni keçən tərəf təmsilçimiz olacaq və bizi sevindirəcək. Yeni transferlər var, onların da komandaya güc qatacağına inanıram".
Qeyd edək ki, "Qarabağ" iyulun 11-də səfərdə, iyulun 19-da isə isə Bakıda rəqibi ilə üz-üzə gələcək.
Mirbağırağa