"Qarabağ"ın müdafiəçisi Türkiyə klubunda - İDDİA

18:56 - 6 İyul 2023

"Qarabağ"ın müdafiəçisi Kevin Medina karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisinin "Rizespor"a keçəcəyi gözlənilir. Bu barədə jurnalist Ömer Necati Albayrak məlumat yayıb.

Türkiyəli həmkarımızın sözlərinə görə, Super Liqaya yüksələn Rize təmsilçisi kolumbiyalı arxa xətt oyunçusu ilə razılıq əldə edib. Transferin qısa müddət ərzində açıqlanacağı iddia olunur.

Qeyd edək ki, "Qarabağ" Kevin Medinanı 2020-ci ilin yayında Portuqaliyanın "Çaves" klubundan transfer edib. Təcrübəli futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 103 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti