"Rizespor"un "Qarabağ"ın müdafiəçisi Kevin Medinanı transfer etmək istəməsi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçunun Türkiyəyə yollanacağı tarix müəyyənləşib.
30 yaşlı mərkəz müdafiəçisi Çempionlar Liqası I təsnifat mərhələsinin 11 iyul tarixində baş tutacaq "Linkoln" ilk matçından sonra İstanbula gedəcək. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb. Təcrübəli arxa xətt oyunçusu tibbi müayinədən keçdikdən sonra Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Qarabağ" Kevin Medinanı 2020-ci ilin yayında Portuqaliyanın "Çaves" klubundan transfer edib. Təcrübəli futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 103 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi