"Qarabağ" buy ay üçüncü legioner transferini bitirib.
Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu fransalı vinger Hamidu Keyta və braziliyalı yarımmüdafiəçi Juninyodan sonra Patrik Anrdrade ilə razılığa gəlib. 2020-2022-ci illərdə də "köhlən atlılar"ın formasını geyinmiş yarımmüdafiəçi bu gün axşam ölkəmizə təşrif buyuracaq.
Kabo-Verde yığmasının üzvü sabah tibbi baxışdan keçəcək və səhhətində bir problem ortaya çıxmasa, 3 illik müqaviləyə imza atacaq. O, bugünlərdə Serbiyadan ayrılıb. Ötən ilin yayında "Qarabağ"dan "Partizan"a keçən legioner Belqrad təmsilçisi ilə münasibətlərinə son qoyub.
Afrikalı 2025-ci ildə başa çatmalı olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Patrikin Serbiyanı tərk etməsi həm komandadaxili münasibətlərə, həm də şəhər həyatına görədir. O, "Partizan"ın bəzi rəsmiləri və məşqçiləri ilə problem yaşayıb.
Üstəlik, bir neçə futbolçu ilə mübahisəsi düşüb. Ailə üzvləri isə Belqrada özlərini evdəki kimi hiss etməyib. Yarımmüdafiəçi onların Bakı üçün darıxdığını "Qarabağ" funksionerlərinin diqqətinə çatdırıb.
saytlarin hazirlanmasi