"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Cəbəllütariqin "Linkoln" klubunu 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Meydança amilini və hava şəraitini götürsək, futbolçular üçün oynamaq elə də asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqəni çox diqqətli oynadılar. Komanda çox təcrübəli futbolçulardan qurulub, hər biri də son ötürməni verə biləcək, son nöqtəni qoymaq bacarığına malikdirlər. "Linkoln" təxmini düşündüyümüz kimi oynadı. Bir buraxdığımız qol və digər epizodda futbolçularım diqqətsiz oldular. 23-24 günlük səfərdən sonra psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, oyunçular sona kimi özlərini düzgün idarə edə bildilər və sonda şükürlər olsun qələbə qolunu da vurduq. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Onları təbrik edirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi