İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın "Atletiko Paranaense" klubundan Vitor Rokeni rənglərinə bağlayıb. Bu barədə klubun rsəmi saytı məlumat yayıb.
"Barselona" 18 yaşlı hücumçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Gənc forvardın sərbəstqalma məbləği 500 milyon avro olaraq təyin olunub. Braziliya millisinin üzvü gələn ilin yayında komandaya qoşulacaq.
Qeyd edək ki, "Atletiko Paranaense" Vitor Rokeni ötən ilin aprel ayında "Kruzeyro"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 15 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi