"Bolonya"dan ayrılan Qari Medelin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli futbolçu "Vasko Da Qama"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çilili orta xətt oyunçusu Cənubi Amerika təmsilçisi ilə 2024-cü ilin dekabr ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Qari Medel "Bolonya"ya 2019-cu ilin yayında "Beşiktaş"dan transfer olunmuşdu. O, son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi