PSJ italiyalı futbolçu transfer etdi

17:42 - 12 İyul 2023

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Benfika"dan Şer Nduru rənglərinə bağlayıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

PSJ "Benfika" ilə müqaviləsi başa çatan italiyalı yarımmüdafiəçini pulsuz heyətinə qatıb. 18 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Şer Ndur "Benfika"nın yetirməsidir. Gənc futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib. O, son mövsümdə meydana çıxdığı 36 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti