"Fulhem"in hücumçusu Aleksandar Mitroviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, serbiyalı hücumçunun xidmətində "Əl Hilal" maraqlıdır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Ərəblər 29 yaşlı forvard üçün London təmsilçisinə 30 milyol avroluq rəsmi təklif göndərib. Təcrübəli futbolçu təklifə isti yanaşır.
Qeyd edək ki, "Fulhem" Aleksandar Mitroviçi 2018-ci ilin yayında "Nyukasl"dan transfer edib. Serbiya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 205 rəsmi matçda 111 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi