FIFA Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubuna transfer qadağası tətbiq edib.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Klubun ağır cəza almasının səbəbi 2018-ci ildə transfer etdiyi Ahmed Mussaya görə "Lester Siti"nin borcunu ödəməməsidir. Asiya təmsilçisi borc ödənilənə qədər yeni oyunçuları qeydiyyatdan keçirə bilməyəcək.
Qeyd edək ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Əl Nəssr"də çıxış edir.
saytlarin hazirlanmasi