"Zenit"in futbolçusu Daler Kuzyaev karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Liqa 1-ə yüksələn "Le Havr"a keçib. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Rusiya millisinin üzvü yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Daler Kuzyaev "Zenit"in yetirməsidir. Təcrübəli orta xətt oyunçusu son mövsümdə Sankt-Peterburq təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi