"Neftçi"nin qatıldığı turnirdə çempion bəlli oldu - VİDEO

11:59 - 13 İyul 2023

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Matç TV" turniri davam edir.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" ikinci turun oyununda "Srvena Zvezda" ilə qarşılaşıb. 3:1 hesablı qələbə qazanan Serbiya təmsilçisi çempionluğu təmin edib.

Qeyd edək ki, "Neftçi" ilk iki turda "Zenit"ə 1:3, "Srvena Zvezda"ya isə 0:4 hesabı ilə məğlub olub. "Ağ-qaralar" son matçda "Fənərbaxça" ilə üz-üzə gələcək. Qarşılaşma 15 iyul tarixində baş tutacaq.

Xəbər xətti