CAS "Qarabağ"ın şikayətinə baxacaq

12:35 - 13 İyul 2023

“Qarabağ”ın UEFA-ya qarşı qaldırdığı iddiaya İdman Arbitraj Məhkəməsində (CAS) baxılacağı tarix müəyyənləşib.

Sportal.az xəbər verir ki, iclas 29 avqust tarixində baş tutacaq.

Qeyd edək ki, "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun Vətən Müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı etdiyi paylaşımına görə UEFA Ağdam təmsilçisini 100 min avro məbləğində cərimələyib, İbrahimov isə futboldan ömürlük uzaqlaşdırıb.

Xəbər xətti