"Dandolk"un baş məşqçisi Stiven O'Donnell Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Linkoln" - "Qarabağ" (1:2) matçı ilə bağlı təəssüratlarını bölüşüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, irlandiyalı məşqçi öz komandasının Cəbəllütariqə erkən yollanmasını şərh edərkən Ağdam klubunun oyununa toxunub:
"Cəbəllütariqə çərşənbə axşamı yollanmaq vacibdir ki, yorğunluğumuz keçsin, uyğunlaşaq. Çempionlar Liqasının təsnifat mərhələsində "Linkoln" - "Qarabağ" oyunu oynayacağımız stadionda keçirilib. Ona görə də sadəcə olaraq matçın yerini hiss etmək lazımdı. İstilik səbəbindən oyun ləng gedirdi. Cəbəllütariq həqiqətən çox istidir. Bu, öhdəsindən gəlməli olacağımız başqa bir maneədir. Amma bu şərtlər hamı üçün eynidir".
Xatırladaq ki, "Dandolk" Konfrans Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariqin "Bruno Meqpays" klubu ilə qarşılaşacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi