Türkiyə millisinin üzvü "Qalatasaray"da - RƏSMİ

15:55 - 16 İyul 2023

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Brentford"dan Halil Dervişoğlunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" 23 yaşlı forvard üçün İngiltərə klubuna 500 min avro təzminat ödəyib. "Sarı-qırmızılar"la 4 illik müqavilə imzalayan türk hücumçu illik 20 milyon TL maaş alacaq. O, 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Halil Son mövsümü icarə əsasında "Börnli"də çıxış edib. Türkiyə millisinin üzvü Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 9 matçda 1 qol vurub.

Xəbər xətti