"Fənərbaxça"nın hücumçusu Mişi Batşuayi karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, belçikalı forvardın xidmətində "Salernitana" maraqlıdır. A Seriyası təmsilçisi 29 yaşlı futbolçu üçün Türkiyə klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Batşuayini ötən ilin sentyabr ayında "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi