"Arsenal"ın sabiq futbolçusu Aaron Remzinin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, uelsli yarımmüdafiəçi "Kardiff Siti"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çempionşip təmsilçisi 32 yaşlı orta xətt oyunçusu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aaron Remzi son mövsümü "Nitsa"da keçirib. Uels millisinin üzvü Fransa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi