İspaniyanın "Qranada" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqaya yüksələn komanda "Real"ın mərkəz müdafiəçisi Xesus Valyexonu tyransfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı arxa xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında "Qranada"da keçirəcək.
Qeyd edək ki, "Real" Xesus Valyexonu 2015-ci ilin yayında "Saraqosa"dan transfer edib. İspan müdafiəçi son üç mövsümü icarə əsasında "Qranada"da keçirib.
saytlarin hazirlanmasi