"Liverpul" "Mançester Siti"nin futbolçusunu istəyir

17:17 - 17 İyul 2023

İngiltərənin "Iiverpul" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin əsas hədəfi "Mançester Siti"də çıxış edən Kalvin Filipsdir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

"Liverpul" Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna keçməyə hazırlaşan Fabinyonun yerini ingilis yarımmüdafiəçi ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, "Mançester Siti" Kalvin Filipsi ötən ilin yayında "Lids Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü "şəhərlilər"in heyətində 21 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti