"Qalatasaray"ın futbolçusu Berkan Kutlu komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçiyə İtaliya və Fransadan təkliflər var. "Cenoa" və "Nant" Türkiyə millisinin üzvü üçün İstanbul təmsilçisinə 5 milyon avroluq rəsmi təklif göndərib.
Futbolçunun gələcəyi ilə bağlı qərarı baş məşqçi Okan Buruk verəcək.
Qeyd edək ki, "Qalatasaray" Berkan Kutlunu 2021-ci ilin yayında "Alanyaspor"dan transfer edib. Türk orta xətt oyunçusu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 76 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi