"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, gürcü yarımmüdafiəçinin xidmətində "Nyukasl" maraqlıdır. Bu barədə ESPN nəşri məlumat yayıb.
Premyer Liqa təmsilçisi 22 yaşlı vinger üçün klubuna 100 milyon avroluq təklif göndərəcək. Gürcüstan millisinin üzvü ilə "Real", PSJ və "Mançester Siti"də maraqlanır.
Qeyd edək ki, "Napoli" Xviça Kvaratsxeliyanı ötən ilin yayında Batumi "Dinamo"sundan transfer edib. Gənc oyunçu İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi